Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezident İlham Əliyevin Minsk səfərindən sonra iki ölkə arasındakı münasibətlər yeni səviyyəyə qalxacaq. Bir sıra mühüm sahələri əhatə edən yeni sazişlər imzalanacaq.
Fikrət Sadıqov, həmçinin Azərbaycan-Belarus münasibətlərini qiymətləndirib və onları strateji partnyorluq kimi təsvir edib. İki ölkə arasındakı münasibətlər yüksək səviyyədə və müxtəlif sahələrdə, xüsusilə də hərbi-texniki sahədə, inkişaf edir.