Avtobus qəzasında 42 nəfər diri-diri yandı

© Photo : NTVSərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb
Sərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, yanğına səbəb benzin çənindən sızma olub

BAKI, 16 noyabr — Sputnik. Zimbabvedə avtobus yanğını zamanı 42 nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Bulvayo şəhərindən ölkənin cənubundakı Baytbric şəhəri istiqamətində hərəkət edən avtobus noyabrın 15-i gecə saatlarında yanıb. Yanğının səbəbi hələ məlum deyil. İlkin məlumatlara görə, yanğına səbəb benzin çənindən sızma olub.

Старый автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobus terroru bu dəfə iki piyadanın ölümü ilə nəticələndi

42 nəfər sərnişinin həlak olduğu təsdiqlənib. 20 nəfər isə xəstəxanalara çatdırılıb. Onların xəsarətinin ağırlığı hələ müəyyən edilməyib. Yanmış avtobusun şəkilləri yerli KİV-də yayılıb.

Xatırladaq ki, bir həftə öncə noyabrın 8-də Zimbabvedə avtobus qəzası zamanı 50 nəfər ölmüşdü. Həmin vaxt iki sərnişin avtobusu toqquşmuşdu. Ölənlər arasında azyaşlılar da vardı.

Zimbabvedə yolların və nəqliyyat vasitələrinin qəzalı vəziyyətdə olması və səriştəsiz idarəetmə səbəbi ilə tez-tez avtobus qəzaları baş verir. Bununla yanaşı nəqliyyat şirkətləri rəqabətə girdiyi üçün sürücülər daha sürətli idarəetməyə çalışır və gündə ərzində maksimum hərəkət edilər.

Xəbər lenti
0