ABŞ-da yanğın fəlakəti - Nüvə həyəcanı yaşanır

© AFP 2023 / ROBYN BECKKaliforniyada yanğın
Kaliforniyada yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 66-ya yüksəlib

BAKI, 16 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 66-ya yüksəlib. 631 nəfərdən isə hələ də xəbər yoxdur.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, fəlakətin ardından bölgədə illər əvvəl nüvə sınaqları keçirilən bir mərkəzdən havaya radioaktiv elementlərin yayılmış olacağından narahatlıq var.

Kaliforniyanın şimalında davam edən və təxminən 570 kvadrat kilometrə yayılan yanğın 11 mindən çox obyekti də külə çevirib.

Məşhur ulduzların evləri də yanıb. Yanğından əziyyət çəkənlər arasında dünya şöhrətli ulduzlar da var. Bu bölgədə evi zərər görən, tamamilə yanan və ya yanğın səbəbilə evini tərk etmək məcburiyyətində qalan tanınmışlar arasında aktyor Skott Bayo, rejissor Qilyermo del Toro, realiti şou ulduzu Kim Kardaşyan, aktyor Alissa Milano və aktyor Reyn Uilson kimi adlar var.

Xəbər lenti
0