CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 110 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün Komissiya tərəfindən qərarlar qəbul olunub

BAKI, 15 noyabr — Sputnik. Bu ayın əvvəlindən artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq konfrans keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid varislərinə vərəsəlik pulunun ödənilməməsi iddiasına aydınlıq gətirildi

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb: "Cənab Prezidentin mühüm sosial önəm kəsb edən bu humanist addımına uyğun olaraq, birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir. Bunu dövlət başçısının qeyd edilən Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur və nazirlikdəki müvafiq işçi qrupu tərəfindən həmin sənədlərin təhlili aparılır. Sonra komissiya daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edib".

Qeyd edək ki, Komissiyanın bundan öncəki - noyabrın 2-də keçirilmiş iclasında 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

Ümumilikdə, artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün Komissiya tərəfindən qərarlar qəbul olunub.

Xəbər lenti
0