BAKI, 15 noyabr — Sputnik. LEC18 News telekanalının aparıcıları hər kəsi təəccübləndirə biliblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, iki aparıcı futbol qarşılaşması ilə bağlı mərcə girib. Onlar Tennessi və Kentukki komandalarının qarşılaşması ilə bağlı mübahisə ediblər.
Qalib gələn Heyley Harmon tərəf müqabili Li Kruzun sacını qırxıb. Belə ki, Harmon canlı yayımda mərcdə uduzan Kruzun saçının arxasını T hərfi formasında kəsib və komandası olan Tennessinin narıncı rənginə boyayıb.