"Həmas" İsrailin "Dəmir qübbə"sini dağıtdı - Yəhudilər şokda

© AFP 2024 / JACK GUEZТактическая система ПРО "Железный купол"
Тактическая система ПРО Железный купол - Sputnik Azərbaycan
Abunə olmaq
İsraildən bildiriblər ki, fələstinlilər raket texnologiyasını yeniləyiblər və son münaqişədə Rusiya istehsalı olan raket sistemindən istifadə etdikləri təxmin olunur

BAKI, 15 noyabr — Sputnik. Bazar günündən bəri "Həmas", adı açıqlanmayan yeni raket sistemi ilə İsrail tərəfinə 460 raket atıb. "Həmas" bununla yeni raket texnologiyasını nümayiş etdirib.

İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
İsrail bütün gecə Qəzzanı vurub

Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, İsrailin "Dəmir qübbə" adlı havadan müdafiə sistemi bu raketlərin böyük bir qismini zərərsizləşdirə bilməyib. İsrail ordusu da raketlərin qarşısının alınmadığını etiraf edib. İsrail ordusundan verilən açıqlamada "Dəmir qübbə" müdafiə sisteminin atılan 460 raketdən, yalnız 100-nü zərərsizləşdirə bildiyi deyilib.

İsrail ordusunun sözçüsü Conatan Conricus bildirib ki, fələstinlilər raket texnologiyasını yeniləyiblər və son münaqişədə Rusiya istehsalı olan raket sistemindən istifadə etdikləri təxmin olunur.

"Həmas" mənbələri də iddianı qismən təsdiqləyib. Mənbələr raketlərin inkişaf etdirildiyini, ancaq yeni sistemlə bağlı məlumat verilə bilməyəcəyini söyləyiblər.

"Dəmir qübbə" müdafiə sisteminin yarılması israilliləri qəzəbləndirib. Qəzza yaxınlığında məskunlaşan yəhudilər İsrail hökumətinə etiraz ediblər. Onlar hökumət əleyhinə şüarlar səsləndirərək şinlər yandırıblar. Yəhudilər "Həmas"ın yeni raket sisteminin uğurlu olmasının ardından İsrail hökumətini yetərli tədbir görməməkdə ittiham edirlər.

"Həmas"ın raket hücumları səbəbindən yüzlərlə yəhudi təhlükəli bölgələrdən köç edib. Evlərini tərk edən yəhudilər İsrail hökumətinin atəşkəs elan etməsinin utancverici olduğunu deyiblər.

İsrailin müxalifət partiyaları isə, son qarşıdurmalarda təhlükəsizliyin zəif olmasını fəlakət adlandırıb, İsrailin baş naziri Benyamin Netanyahunun və partiyasının "Həmas"a təslim olduğunu iddia edib.

Xəbər lenti
0