BAKI, 15 noyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində "S9", 2 ədəd "S9+" yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.
Hazırda faktla bağla araşdırma aparılır.