Parlamentdə deputat barmağını həmkarının qulağına soxdu - VİDEO

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidRusiya Dövlət Duması
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
Abunə olmaq
Videoyazıda Bıkovun qulağına hansı deputatın barmaq uzatdığı bilinmir

BAKI, 15 noyabr - Sputnik. Rusiya Dövlət Dumasının plenar iclasında kuryoz hadisə baş verib. Büdcə kodeksində dəıyişikliklərə həsr olunmuş iclasda deputatlardan biri barmağını “Vahid Rusiya” blokundan olan həmkarı Oleq Bıkovun qulağına soxub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, deputatlar həmin an çıxış edən Nadejda Maksimovanın arxasında oturduqlarından, kadra düşüblər. Videoyazıda Bıkovun qulağına hansı deputatın barmaq uzatdığı bilinmir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qanun layihəsinin səs qoyulması zamanı şelfi edən deputatlara iradını bildirmişdi.

Xəbər lenti
0