Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi

© Sputnik / Murad OrujovРектор Бакинского Государственного Университета Абель Магеррамов на II фестивале науки в Баку, 31 октября 2016 года
Ректор Бакинского Государственного Университета Абель Магеррамов на II фестивале науки в Баку, 31 октября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Sayt iddia edir ki, Preizdent İlham Əliyev A.Məhərrəmovun işdən çıxarılması ilə bağlı sərəncam verib

BAKI, 15 noyabr - Sputnik. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamında deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin". 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Prezident Bakı şəhərinə yeni icra başçısı təyin etdi

Qeyd edək ki, A.Məhərrəmov 1999-cu il yanvar ayının 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdi.

Abel Məhərrəmov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülüb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülüb.

Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının, həmçinin Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvüdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib. 2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olub,
2004-cü ildən isə vitse-prezidentidir.

2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvü olub.

2016-cı ilin oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının üzvü seçilib.

Xəbər lenti
0