CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili vergi sistemində inqilabi dəyişikliyin anonsunu verdi

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yığım mexanizmləri dəyişdirilərək bir qurum, yəni, vergi orqanları tərəfindən tutulacaq

BAKI, 14 noyabr — Sputnik. "Gələn il üçün gözlədiyimiz ən maraqlı və fundamental inqilabi dəyişikliklərdən biri ölkədə mütərəqqi vergi islahatlarının aparılması olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Samir Şərifov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Maliyyə naziri böyük vergi islahatının anonsunu verdi

Komitə sədri bildirib ki, nəticədə özəl bölmədə 7 il müddətinə sahibkarlıq subyektlərində çalışan şəxslər 14 faiz gəlir vergisindən tamamilə, işəgötürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar: "Bu hesab da bütövlükdə 26 faiz miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum, yəni, vergi orqanları tərəfindən tutulacaq. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən, artıq işçi bir mənbəyə, yəni, vergi qurumlarına 10 faiz, işəgötürən isə 16 faiz sığorta haqqı ödəyəcək. Bu yolla vergi yükü hiss olunacaq dərəcədə azalacaq və belə olan təqdirdə həm işçi, həm də işəgötürən müəyyən əlavə qazanc əldə etmiş olacaqlar".

"Bu sistemin tətbiqi ölkəmizdə 1 milyondan çox qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək və nəticədə sığorta haqlarının ödənişləri hiss olunacaq dərəcədə sürətlə artacaq" – deyə komitə sədri bildirib.

Xəbər lenti
0