CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Selektiv abortların səbəbləri və nəticələri müzakirə olunub

Abunə olmaq
Son illərdə selektiv abort probleminin aktuallığı getdikcə artır. Bununla bağlı olaraq, maarifləndirici tədbirlərin sayı və dövlət müdaxiləsi də artır.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində selektiv abort problemi müzakirə edilib. Müzakirədə Ülkər Abdullayeva, Zeynəb Əyyubova, Raminə Eyvazqızı və Əhməd Mansurov kimi mütəxəssislər iştirak ediblər.

Bildirilib ki, selektiv abortlar səbəb deyil, daha böyük problemin, yəni məişət zorakılığı və ailədə psixoloji təzyiqin nəticəsidir. Digər bir səbəb isə qadınların ailə qurmazdan öncə ailə sisteminə hazır olmamalarıdır.

Ölkəmizdə selektiv abortları qadağan edən qanunvericiliyin olmasına baxmayaraq, məsələ aktual olaraq qalır. Bu problemlərin aradan qaldırılmasında yardımçı rolunun maarifləndirmə olduğu söylənilib.

Xəbər lenti
0