CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıqabuldakı Pir Hüseyn xanəgahı yenidən kəşf edilib

Abunə olmaq
Yurdumuzun həm tarixi abidəsi olan, həm də dövlət qoruğu kimi qorunub saxlanılan ziyarətgahlardan biri Hacıqabul rayonu ərazisində yerləşən Pir Hüseyn xanəgahıdır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri bu ziyarətgaha baş çəkib. Pir Hüseyn xanəgahı tarix-memarlıq qoruğunun elmi işçisi Zaur Cəfərov buranın yenidən necə kəşf və bərpa edilməsi haqqında danışıb.

O bildirib ki, xanəgahda dəfn olunan Pir Hüseyn Şirvani 954-cü ildə anadan olub və 1072-ci ildə vəfat edib. Beş şahın dövründə yaşayıb və beş şahın da vəziri olub. Bu xanəgahı məşhur edən onun möcüzələri və "kaşı bəzəkləridir". Yeganə abidədir ki, tikintisi 5 əsrə başa gəlib.

Qoruğun zəngin fondu bərpa edilib. Hazırda 11 mindən çox eksponatın toplandığı qoruqda elmi-tədqiqat işləri üçün kitabxana fondu da yaradılır.

Xəbər lenti
0