Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Millət vəkili kinoya ayrılan puldan şikayətləndi

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidFilm çəkilişi, arxiv şəkli
Film çəkilişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”

BAKI, 14 noyabr - Sputnik. “Dövlət büdcəsindən kinoya ayrılan vəsait artırılmalıdır. 1,5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil. Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, büdcədən mədəniyyət sahəsinə ayrılan vəsait artırılmalıdır: "Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”.

Xəbər lenti
0