Məktəb yaşı dəyişdirildi

© Sputnik / Murad OrujovПервоклассник в День знаний в одной из школ Баку
Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq

BAKI, 14 noyabr — Sputnik. Nazirlər Kabineti (NK) "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin "III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri" bölməsində, eyni zamanda "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib.

Sputnik Azərbaycan NK-nin saytına (NK) istinadla xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara görə, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcək.

Ceyhun Bayramov, arxiv şəkli - Sputnik Azərbaycan
Nazir Ceyhun Bayramov qəzalı məktəb probleminə aydınlıq gətirdi

Həmçinin Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.

Sənəddə bildirilir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcək.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunacaq.

Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcək.

Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb olunur.

Məktəbli - Sputnik Azərbaycan
Məktəb çantasının ağırlığı nə qədər olmalıdır?

Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb ediləcək.

Həmçinin "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin "Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri" bölməsində dəyişikliklər edilib.

"Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi və "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarda edilmiş dəyişikliyə görə isə, təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.

Xəbər lenti
0