CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və Abşeronun böyük hissəsində qaz olmayacaq

CC0 / PhotoMIX-Company / KitchenГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq

BAKI, 14 noyabr - Sputnik. “Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

“Azəriqaz”dan Sputnik Azərbaycan-a verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci km-də aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar, 14 noyabr saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Министр экономики Шахин Мустафаев - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qeyri-neft sektorunun ciddi artımı proqnozlaşdırıldı

Zəruri təmir işləri ilə əlaqədar, Abşeron rayonu, Xırdalan şəhərinin bir hissəsi, Sulutəpə, Hökməli, Atyalı,Qobu, Güzdək, Aşağı Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyinin, Nəsimi rayonu Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Matadrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin,həmçinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti
0