BAKI, 14 noyabr — Sputnik. Azərbaycanın böyük kimi tanınan, İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib. "Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, o, bu addımı İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq atdığını deyib.
"Buraya həqiqətən müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm" - deyə A.Liberman Knessetdə (İsrail parlamentində) keçirilən görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamaya cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır.