BAKI, 13 noyabr — Sputnik. Jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının Türkiyədəki Baş Konsulluğunda öldürülməsi olayından sonra konsulluğun ünvanının dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinə bağlı mənbədən məlumat sızıb. Adı çəkilməyən mənbə “Səudiyyə Ərəbistan İstanbuldakı səfirliyinin yerini dəyişmək niyyətindədir” – deyə qeyd edib.
Mənbə həmçinin bununla bağlı hələ ki, heç bir addımın atılmadığını, rəsmi sürətdə Xarici İşlər Nazirliyinə müraciət olunmadığını da vurğulayıb.