CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə yeməyi sizi ölümə aparır

© pixabay / StockSnapYemək yeyən adamlar, arxiv şəkli
Yemək yeyən adamlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər gecə yeməyini qəti yeməməyi və qidalara nəzarət etməyi məsləhət görür

BAKI, 13 noyabr — Sputnik. Kolumbiya Universitetinin mütəxəssisləri araşdırma nəticəsində qərara gəliblər ki, gecə yeməyi ürək və şəkər diabeti xəstəliklərinin yaranmasına səbəb olur.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər 12700 nəfər arasında araşdırma aparıblar. Bu adamlar 18-76 yaş arasında olan insanlar olub. Mütəmadi olaraq onların şəkəri, qan təzyiqi, qanda insulinin miqdarı ölçülüb. Eyni zamanda, onlara tapşırılıb ki, gündəlik nə yediklərini və saat neçədə yediklərini qeyd eləsinlər.

Məlum olub ki, üzərində araşdırma aparılan şəxslərin yarıdan çoxu axşam saat 6-dan sonra gündəlik kalori normasının 30 faizini qəbul edir. Bu da onların analizində şəkərli diabet xəstəliyi riskinin daha yüksək olduğunu, eləcə də yüksək təzyiqdən əziyyət çəkdiklərini göstərib.

Alimlər gecə yeməyini qəti yeməməyi və qidalara nəzarət etməyi məsləhət görür.

Xəbər lenti
0