CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib

© Sputnik / Murad OrujovМужчина прячет деньги в ящик комода, фото из архива
Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə isə, notariat kontorlarından nazirliyə 400-ə qədər sənəd daxil olub

BAKI, 13 noyabr — Sputnik. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Şəhidlərin varisləri üçün ayrılan birdəfəlik vərəsəlik pulunun ödənilməməsi iddiasına cavab olaraq konfrans keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhid varislərinə vərəsəlik pulunun ödənilməməsi iddiasına aydınlıq gətirildi

Onun sözlərinə görə, sənədləri qaydasında olan 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesabına vəsaitlər ödənilib: "Gün ərzində və ya günün sonunda artıq onlar vəsaitləri bank hesablarından alacaqlar. Növbəti partiyanın da artıq sənədlərinin araşdırılmasına başlanılıb və ilin sonuna qədər onların ödəmələri aparılacaq. Ümumilikdə isə, notariat konturlarından bizə 400-ə qədər sənəd daxil olub. Onlar araşdırılır və çatışmayan sənədlər olduqda yenidən sistemə vurulur".

Talııbov qeyd edib ki, növbəti partiya üçün də artıq sənədlərinin araşdırılmasına başlanılıb və ilin sonuna qədər şəhid hərbi qulluqçuların təxminən yarısının vərəsələri növbəlilik prinsipi ilə, digər yarısı isə gələn il ödəmələri alacaqlar: "Ümumilikdə isə, notariat kontorlarından bizə 400-ə qədər sənəd daxil olub. Onlar araşdırılır və çatışmayan sənədlər olduqda onların tamlığının təmin edilməsi üçün müvafiq işlər görülür".

Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərman verib.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb. Bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Xəbər lenti
0