Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sürüşmə səbəbindən qəzalı vəziyyətə düşən evlərin sayı artıb

© Sputnik / Ilham AhmadovŞamaxı şəhərində torpaq sürüşməsi nəticəsində dağılmış ev
Şamaxı şəhərində torpaq sürüşməsi nəticəsində dağılmış ev  - Sputnik Azərbaycan
Abunə olmaq
Əziz Qaralov: "Uçqun tipli sürüşmə prosesi Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində müşahidə edilir"

BAKI, 12 noyabr — Sputnik. "Azərbaycanda daha çox sürüşməyə meyilli ərazilər Şamaxı-İsmayıllı və cənub zonasındadır. Daha çox uçqun tipli sürüşmə isə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində müşahidə edilir".

Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi - Sputnik Azərbaycan
Badamdar sürüşmə zonasından yeni xəbər var

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, bununla yanaşı, Şamaxı rayoununun Mədrəsə kəndində, təsərrüfat yönümlü işlər üçün istifadə edilən 40 hektarlıq ərazidə çökmə və sürüşmə prosesləri davam edir.

"Hal-hazırda həmin ərazidə aktivlik davam edir. Bir il əvvəl burada, təxminən 5-ə yaxın ev qəzalı vəziyyətdə idi. İndi onların sayı 11-ə çatıb. Bundan başqa, Şamaxı rayonunda 48A məhəlləsində də mütəmadi olaarq sürüşmə müşahidə edilir. Bu gün də həmin ərazidə aktivlik var" - Qaralov bildirib.

Xəbər lenti
0