Mübariz İbrahimovun anasının vəfat xəbəri təkzib olundu

© Photo : From the personal archives of Mubariz İbrahimovMübariz İbrahimov
Mübariz İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Daha öncə şəhidin anası ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

BAKI, 12 noyabr — Sputnik. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimovanın dünyasını dəyişməsi xəbəri təkzib olunub. Bu barədə Sputnik Azərbaycan-a şəhid Mübariz İbrahimovun dayısı Yaqub Əmirov məlumat verib.

© © Sosial mediaŞamama İbrahimova
Mübariz İbrahimovun anasının vəfat xəbəri təkzib olundu - Sputnik Azərbaycan
Şamama İbrahimova

Qeyd edək ki, daha öncə İbrahimovlar ailəsinə yaxın olan mənbənin verdiyi məlumata görə, Ş.İbrahimova bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci il Biləsuvar rayonunda dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrində gizir kimi xidmət edib.

Mübariz 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyiti 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Azərbaycana təhvil verilib.

Xəbər lenti
0