BAKI, 12 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları tam şiddəti ilə davam edir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük bir ərazini əhatə edən yanğında 31 nəfər ölüb. Daha 228 nəfərdən isə xəbər yoxdur.
Küləkli hava şəraiti yanğını daha da gücləndirir. 450 kilometrlik bir ərazini əhatə edən yanğın Kaliforniyada bu günə kimi ən çox ölümə səbəb olan meşə yanğını kimi tarixə düşüb.
Yanğın Los Ancels şəhərinin qərbində yerləşən Malibu turizm bölgəsində 300 min nəfərin təxliyə edilməsinə səbəb olub.
NASA da meşə yanğınlarını kosmosdan şəkil çəkilib.