Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: “ABŞ neftin qiymətinin düşməsinə çalışır”

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, neft qiymətlərinin 10-15 faiz ucuzlaşma ehtimalları çox yüksəkdir
Natiq Cəfərli: “ABŞ-ın hərəkətləri neftin ucuzlaşmasına səbəb ola bilər”

ABŞ-ın destruktiv hərəkətləri neft qiymətlərinin bahalaşmasının qarşısını almağa və OPEK+ ölkələrinin neft bazarında stabilliyi qorumaq səylərini pozmağa yönəlib. Bunu Rusiya hökumət aparatı rəhbərinin müavini Sergey Prixodko deyib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, ABŞ avtomobil ölkəsi olduğu üçün əhali benzin qiymətlərinə xüsusi diqqət edir:

“Neftin qiymətindəki artımlar ABŞ-da benzinin bahalaşmasına gətirib çıxarmışdı. Təbii olaraq bu, ABŞ-da benzin istehlakçılarının ciddi narazılığına səbəb olmuşdu. Tramp administrasiyası anlayır ki, benzin qiymətlərindəki artımlara görə əhali bu həftə konqresə keçirilən seçkilərdə respublikaçı namizədlərə səs verməyə bilər. Buna görə də ABŞ həm sözlü, həm də əməli müdaxilərlə neft qiymətlərinin düşməsinə çalışır. Bundan başqa Səudiyyə Ərəbistanı da yaxın vaxtlarda neft hasilatını artıracağı ilə bağlı açıqlamalar verib. Yəni ABŞ-ın bütün bu hərəkətləri neftin ucuzlaşmasına səbəb ola bilər. Ancaq bununla belə kəskin ucuzlaşma olacağını düşünmürəm. Amma neft qiymətlərinin 10-15 faiz ucuzlaşma ehtimalları çox yüksəkdir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0