SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənov başsağlığı verdi

Abunə olmaq
Sizin acınız bizim də acımızdır

BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığında bildirilir:

"Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Xəbər lenti
0