Putin və Tramp Fransada görüşdülər

© REUTERS / Leonhard FoegerPutin və Tramp
Putin və Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl Putin və Trampın təntənəli nahar zamanı danışa bilmədikləri bildirilirdi

BAKI, 11 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Parisə səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, jurnalistlər təntənəli nahardan sonra Yelisey sarayını tərk edən Putindən Trampla danışıb-danışmadığını soruşublar. Putin suala müsbət cavab verib.

Qeyd edək ki, bundan əvvəl Putin və Trampın təntənəli nahar zamanı danışa bilmədikləri bildirilirdi. Mənbə qeyd etmişdi ki, prezidentlər nahar masası ətrafında bir-birilərindən xeyli aralı oturulduqları səbəbindən, danışmaq imkanları da olmayıb.

Xəbər lenti
0