Meşə yanğınında ölənlərin sayı 2 dəfədən çox artdı

© REUTERS / Stephen LamKaliforniyada meşə yanğını
Kaliforniyada meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan edib

BAKI, 11 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, Associated Press agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Xilasedicilər ərazidə daha 14 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 9 nəfərin öldüyü bildirilirdi.

Американский флаг в охваченном пожаром городе Парадас, Калифорния - Sputnik Azərbaycan
Meşə yanğını Kaliforniyada bütöv şəhəri məhv edir - VİDEO

ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan edib. O, həmçinin yanğınla mübarizə və gələcək bərpa işləri üçün Kaliforniya ştatına federal büdcədən lazımı vəsait ayrılması barədə göstəriş verib.

Xatırladaq ki, "Campfire" adını almış meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

"Campfire" artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.

Xəbər lenti
0