BAKI, 11 noyabr — Sputnik. Avstraliyanın Kvinslend ştatının polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.
Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadla verdiyi xəbərə görə, bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.
İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.
Avstraliya hakimiyyət orqanları insanlara meyvələri yeməmişdən öncə kəsməyi məsləhət görüb, eləcə də cinayətkarın tutulmasında köməyi olan şəxsə 100 min Avstraliya dolları (70 min ABŞ dolları) vəd ediblər.
Avstraliya qanunlarına əsasən, "ərzaq sabotajı"na görə müttəhimə 15 ilə qədər həbs cəzası verilə bilər.