BAKI, 11 noyabr — Sputnik. Süd vəzisi xərçəngini riskini müşahidə altında saxlamaq bu xəstəlikdən ölüm hallarını 60 faiz azalda bilər. Sputnik Azərbayacn xarici mətbuata istinadla xəbər verir ki, aparılan araşdırmadan sonra kraliça Mariya adına London universitetinin onkoloqları bu nəticəyə gəliblər.
İsveçdə 1977-2015-ci illər ərzində 40-69 yaşlı 52 min qadın araşdırmada iştirak edib. Müəyyən edilib ki, müşahidə proqramında iştirak edən qadınlarda xəstəliklə bağlı diaqnoz qoyulduqdan sonra ilk 10 il ərzində xəstəlikdən ölüm halı 60 faiz, sonrakı 20 il ərzində 47 faiz azalıb.
Araşdırma müəlliflərinin fikrincə, mütəmadi olaraq müayinələrdən keçmək xəstəni daha çox yaşamasını təmin edir. Böyük Britaniyada süd vəzisi xərçənginin daimi müşahidəsi 50-70 yaşlı bütün qadınlara təklif edilir. Bu müayinələrdən isə ancaq 70 faiz qadın istifadə edir.