Səudiyyə Ərəbistanına daha bir zərbə

© AP Photo / Emrah GurelSəudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər
Səudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin bir çox şəhərində ordu ilə husilər arasında döyüşlər baş verir

BAKI, 10 noyabr — Sputnik. Norveç Yəməndə husilərlə mübarizə aparan koalisiya qüvvələrinə rəhbərlik edən Səudiyyə Ərəbistanına silah və hərbi sursatın ixracatını dayandırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Norveç Xarici işlər naziri İne Eriksen Soreide bu barədə açıqlama verib.

Son dövrlər Səudiyyə Ərəbistanında baş verənlərə diqqət çəkən Soreide qeyd edib ki, krallığa müdafiə sənayesi ilə əlaqəli olan silah və sursat ixracatı üçün yeni şans verilməyəcək.

Ər-Riyad şəhəri - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında qadın fəalın başı kəsiləcək

Qeyd edək ki, Almaniya keçən ay Qaşıqçı cinayətinin nəticəsi ortaya çıxana qədər Səudiyyə Ərəbistanına bütüm hərbi ixracatı dayandırdığını açıqlamışdı.

İsveç baş naziri Stefan Löfven isə açıqlamasında Qaşıqçı cinayətinə baxmayaraq Səudiyyə Ərəbistanına silah satışını durdurmayacağını bildirmişdi.

Xatırladaq ki, uzun müddətdir siyasi cəhətdən qeyri-sabitlik yaşanan Yəməndə qanuni rəhbərliyə qarşı çıxan husilər 2014-cü ilin sentyabr ayından paytaxt Səna və bəzi bölgələrin idarəetməsini əlində saxlayır. Ölkənin bir çox şəhərində ordu ilə husilər arasında döyüşlər gedir.

Səudiyyə Ərəbistan rəhbərliyində olan koalisiya qüvvələri 2015-ci ilin mart ayından Yəmən hökumətinə dəstək verir.

Xəbər lenti
0