Fransa prezidentini bıçaqla vuracaqlarmış - TƏFƏRRÜAT

© Photo : Eric Feferberg / Pool via ReutersFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarışlar zamanı Jan Pier B. nin avtomobilindən keramik bıçaq tapılıb

BAKI, 10 noyabr — Sputnik. Fransanın prezidenti Emmanuel Makrona sui-qəsd Birinci Dünya Müharibəsinin qurtarmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasim zamanı həyata keçirilməliymiş.

Suriyada polis - Sputnik Azərbaycan
Bu ərəb ölkəsində sui-qəsd hazırlayan 13 nəfər saxlanıldı

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı saxlanılan 4 şübhəli dindirilmə zamanı hər şeyi etiraf ediblər və sui-qəsd hazırlığının təfərrüatı barədə danışıblar. Onların sözlərinə görə, 62 yaşlı keçmiş sahibkar Jan Pier B. prezidentə noyabrın 7-də Şarlevil-Mezyer şəhərində bıçaqla hücum etməyi planlaşdırırmış.

Axtarışlar zamanı Jan Pier B. nin avtomobilindən keramik bıçaq tapılıb.

Qeyd edək ki, noyabrın 6-da Fransa prezidentinə sui-qəsd planlayan 6 nəfər saxlanılıb. Sonra onlardan ikisi azadlığa buraxılıb.

Xatırladaq ki, bu Fransa prezidentinə qarşı hazırlanmış ilk sui-qəsd hadisəsi deyil. Ötən ilin iyul ayında da 23 yaşlı gənc prezidentə sui-qəsd etməyi planlaşdırmışdı.

Xəbər lenti
0