Məlahət Mürşüdlü: “Bu, dövlət strukturlarının ən mühüm işlərindən biri olmalıdır”
“Müəllimlik sahəsində problemlərin olduğu uzun müddətdir müşahidə olunur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib.
Ekspert bildirib ki, bu gün müəllimin ən böyük problemi pedoqoji əməkdaşlığın bütün tələblərini yerinə yetirə bilməməsidir:
“Müəllimlərin əməkdaşlıq səviyyələri və özünütəhsil məsələləri günün tələbləri səviyyəsində deyil. Bu gün azsaylı nümunəvi müəllimlərimiz var. Nümunəvi müəllimləri təcrübələri öyrənilməli və yayılmalıdır. Bu əlaqədar dövlət strukturlarının n mühüm işlərindən biri olmalıdır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz