Tanınmış alimin şəxsi əşyaları hərraca çıxarılıb

© AFP 2024 / Osservatore Romano Британский ученый Стивен Хокинг во время встречи с Папой Римским Франциском в Ватикане
Британский ученый Стивен Хокинг во время встречи с Папой Римским Франциском в Ватикане - Sputnik Azərbaycan
Abunə olmaq
Hokinqin barmaq izi ilə imzalanan "Zamanın qısa tarixi" kitabı da satılan əsərlər arasında olub

BAKI, 10 noyabr — Sputnik. Mart ayında 76 yaşında dünyasını dəyişən alim, fizik, professor Stiven Hokinqin 22 fərdi əşyası hərracda satışa çıxarılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun əşyaları 1,8 milyon funt sterlinqə (4 milyon manata) satılıb.

Hərrac zamanı Hokinqin imzaladığı "İnkişaf edən kainatın xüsusiyyətləri" adlı doktorluq dissertasiyası 584 min 750 funt sterlinqə (1 milyon manata) satılıb.

Alimin 1980-1990-cı illərdə istifadə etdiyi avtomobil 300 min funt sterlinqə (668 min manat) "Simpsonlar" cizgi filmində yer aldığı hissənin ssenarisi isə 6250 funt sterlinqə (13000 manat) satılıb.

Hokinqin barmaq izi ilə imzalanan "Zamanın qısa tarixi" kitabı da satılan əsərlər arasında olub.

Hərracda əlil arabasından əldə edilən gəlir Stiven Hokinq Vəqfi və Neyron Xəstəliyi Birliyinə bağışlanacaq.

Xəbər lenti
0