Suriyada yenidən qan su yerinə axır

© REUTERS / KHALIL ASHAWIİdlibin qala şəhərlərindən biri olan Ariha şəhərinin Cəbəl əl-Arbeyn təpəsində dayanan əsgər
İdlibin qala şəhərlərindən biri olan Ariha şəhərinin Cəbəl əl-Arbeyn təpəsində dayanan əsgər - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidə dəhşətli mənzərə meydana çıxıb

BAKI, 9 noyabr — Sputnik. Cari il sentyabrın 17-də imzalanan Soçi razılığından bəri Əsəd rejiminin hücumları nəticəsində 25 nəfər həyatını itirib, onlarla mülki vətəndaş yaralanıb

Bəşər Əsədə bağlı ordu birlikləri, Soçi razılığına baxmayaraq İdlibin cənubundakı qəsəbələrə artileriya hücumlarını davam etdirir. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu gün də davam edən hücumlar nəticəsində Cercenez bölgəsində cümə namazı ləğv edilib, ərazidə dəhşətli mənzərə meydana çıxıb.

Qeyd olunur ki, 17 sentyabr 2018-ci ildə əldə olunan Soçi razılığından bu yana rejimin hücumları nəticəsində İdlibdə 25 nəfər həyatını itirib, onlarla mülki vətəndaş yaralanıb.

Rejim qüvvələri zaman-zaman Lazkiyəyə, İdlibin cənubuna, Hələbin qərbinə və Hamanın şimal-qərbindəki kəndlərə artilleriya hücumlarını davam etdirir. Müxaliflər isə oktyabrın 10-da sözügedən ərazilərdən ağır silahlarını çəkiblər.

Xəbər lenti
0