BAKI, 9 noyabr — Sputnik. İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız "2 Səhifə" adlı televiziya verilişində qonaq olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, burada ona yenidən İbrahim Tatlısəs ilə ailə qura bilib-bilməyəcəyi barədə sual ünvanlanıb. O isə cavabında deyib ki, uşaqlara göre yenidən bir yerdə ola bilərlər, amma ailə qurmaqları mümkün deyil. Bu zaman İbrahim Tatlısəs canlı yayıma zəng edib və keçmiş həyat yoldaşına evlilik təklifi edib. Amma Ayşəgül Yıldız ona heç bir cavab verməyib.
"Siz İbrahim Tatlısəsdən şiddət görmüsüz?" sualına isə Yıldız belə cavab verib: "Məni çox izləyirdi. Bir gün Kiprdə dalaşdıq. Bu zaman o avtomobildən düşdü. Nə qədər cəhd etsəm də, mənə maşından düşməyə imkan vermədi. Nəhayət maşından düşməyi bacardım. Uzun müddət arxamca qaçdı. Bəxtim gətirdi ki, məni tuta bilmədi. Əks halda şiddət görərdim".