SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Suriyada xaos davam edəcək”

Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, Türkiyənin Suriyada müxalif qrupları dəstəkləməkdə özəl maraqları var
Arzu Nağıyev: “Suriya ətrafında danışıqlar prosesi davam etdirilməlidir”

“Türkiyə Suriyada terrorizmə qarşı mübarizəni davam etdirəcək”. Bunu Sputnik Azərbaycan-a Suriya məsələsi ətrafında yaranmış vəziyyəti şərh edərkən politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, Suriyadakı müxtəlif terror qruplaşmalarına qarşı əməliyyatlar keçiriləcək: “O vaxta qədər ki, Suriya ərazisində bufer zona yaranacaq və bu, Türkiyə sərhədlərindən uzaq olacaq. Türkiyə Suriyada bəzi müxalif qrupları dəstəkləyir və burada onun özəl maraqları var. Suriya ətrafında hər bir dövlətin xüsusi maraqları olduğuna görə danışıqlar prosesi davam etdirilməlidir. Əks halda, Suriyada yenidən xaos yaranacaq və hər hansı sülh sazişi imzalanmayacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0