NASA 18 il əvvəl qopan və okeanda dolaşan aysberqin görüntüsünü yayımladı

CC0 / leozc / IceBuz parçası
Buz parçası - Sputnik Azərbaycan
Abunə olmaq
NASA qütb bölgəsində buzların əriməsi ilə bağlı kadrları yayımladı

 

BAKI, 9 noyabr — Sputnik. NASA ("Milli Aeronavtika və Kosmos İdarəsi") qlobal istiləşmənin son nəticəsi olaraq buzların əridiyini özündə əks etdirən kadrları yayımlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə yayılan kadrlar arasında qopan buz hissəciyi daha çox diqqət çəkib. Sosial mediada “Tabul buzlağı” adlanan buz parçasının 2000-ci ildə qopduğu qeyd olunur. Məlumata görə buz parçası 18 ildir ki, okeanda yolçuluq edir.

NASA-nın dərc etdiyi buzun şəkli
NASA 18 il əvvəl qopan və okeanda dolaşan aysberqin görüntüsünü  yayımladı - Sputnik Azərbaycan
NASA-nın dərc etdiyi buzun şəkli

Elm dünyası isə alim Xristian Aidin hesabatındakı iddiaların həyata keçməsindən danışır. Bu hesabatda qlobal istiləşmənin dəhşətli nəticələr yaradacağı qeyd olunurdu.

Xəbər lenti
0