Anası bildiyi adam kişi çıxdı

CC0 / rebcenter-moscow / GirlAğlayan qadın, arxiv şəkli
Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun uzun illər anası saydığı Handan Kaya qadın yox, əslində bir kişi olub

BAKI, 9 noyabr — Sputnik. İstanbulda Kumburgazda yaşayan 60 yaşlı Handan Kayanın evdə halı qəfil pisləşib. Onu 22 yaşlı qızı həkimə aparıb. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər. Qızı T.K anasının ölümünə həkimin məsuliyyətsizliyinin səbəb olduğunu iddia edib. Beləliklə T.K.-nin iddiasını araşdırmaq üçün Kayanın cəsədi yarılıb. Bu zaman T.K-a şok xəbər verilib. Belə ki, onun uzun illər anası saydığı Handan Kaya qadın yox, əslində bir kişi olub.

© CNNTurkHandan Kaya
Handan Kaya - Sputnik Azərbaycan
Handan Kaya

Məlum olub ki, Handan Kaya adını istifadə edən Nail.Ç 13 yaşında Tekirdağda yaşayan ailəsindən ayrılıb və bir daha geri dönməyib. O, uzun illər saxta şəxsiyyət vəsiqəsi ilə yaşayıb.

Xəbər lenti
0