Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sabah Xalq artisti ilə vidalaşacağıq

© AxsamАмалия Панахова
Амалия Панахова - Sputnik Azərbaycan
Abunə olmaq
Vida mərasimi sabah saat 11.00-da Akademik Milli Dram Teatrında keçiriləcək

BAKI, 8 noyabr — Sputnik. Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi sabah saat 11.00-da Akademik Milli Dram Teatrında keçiriləcək.

Amaliya Pənahova - Sputnik Azərbaycan
HADİSƏ
Xalq artisti Amaliya Pənahova vəfat edib

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib. O, hələlik A.Pənahovanın harda dəfn ediləcəyi ilə bağlı qərar verilmədiyini bildirib.

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib. Aktrisanın onkoloji xəstəlikdən vəfat etdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Sputnik Azərbaycan-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə əlaqə saxlayıb. Baş həkim A.Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və uzun zamandır müalicə olunduğunu təsdiqləyib.

Ancaq o, məsələ barədə geniş danışmaq istəmədiyini bildirib: "Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir. Bu səbəbdən ətraflı məlumat verə bilməyəcəm. Allah rəhmət eləsin".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Sputnik Azərbaycan-a verilən məlumata görə, Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış daxil olmayıb. Bu hal da o ehtimalı yaradır ki, A.Pənahova müalicə aldığı xəstəxanada — Milli Onkologiya Mərkəzində vəfat edib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə saytımıza açıqlamasında qeyd edib ki, hazırda Amaliya Pənahova ilə vida mərasimi və harada dəfn olunması məsələsi müzakirə edilir.

Амалия Панахова c внуком - Sputnik Azərbaycan
HADİSƏ
Amaliya Pənahovanın hansı şəraitdə və nədən dünyasını dəyişdiyi məlum oldu

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 

Avropanın əməkdar elm və mədəniyyət xadimi olub. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Sevilən rolları sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linzanı qeyd etmək olar.

1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında adı türk dünyasının altı populyar aktyoru sırasında qeyd olunub.

Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fond"unda saxlanılır. Onlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını (BBT) yaradıb və ömrünün sonunadək BBT-yə bədii rəhbərlik və direktorluq edib.

A.Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MM-in sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

Allah rəhmət eləsin.

Xəbər lenti
0