Tramp Baş prokuroru istefaya göndərib

© AP Photo / Evan VucciABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müvəqqəti olaraq Baş prokuror səlahiyyətlərini Ədliyyə Nazirliyinin idarə rəisi Metyu Uitaker əvəzl edəcək

BAKI, 8 noyabr — Sputnik. Birləşmiş Ştatların Baş prokuroru Cef Seşns prezident Donald Trampa istefa ərizəsini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

"Biz Baş prokuror Cef Seşnsin göstərdiyi xidmətə görə ona təşəkkür edirik və ən xoş arzularımızı çatdırırıq. Onu kimin əvəz edəcəyi yaxında elan olunacaq" – deyə Tramp yazıb.

Müvəqqəti olaraq Baş prokuror səlahiyyətlərini Ədliyyə Nazirliyinin idarə rəisi Metyu Uitaker əvəzl edəcək.

BBC isə öz növbəsində yazır ki, Seşns ABŞ prezidentinin tələbi əsasında istefa verməli olub. Qeyd olunur ki, Tramp dəfələrlə Ədliyyə Nazirliyindən narazılığını dilə gətirib. Onun sözlərinə görə, idarə əməkdaşları daim ona qarşı çıxış ediblər.

Xəbər lenti
0