BAKI, 8 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında arabir yağışlı hava şəraiti noyabrın 09-u gündüzədək davam edəcək. Gecə və səhər yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.