Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Amaliya Pənahovanın ölümündən sonra üzə çıxan faktlar həmkarlarını da heyrətə salıb

© Instagram / husniyyemurvetovaAmaliya Pənahova və Hüsniyyə Mürvətova
Amaliya Pənahova və Hüsniyyə Mürvətova - Sputnik Azərbaycan
Abunə olmaq
“İki il idi ki, onun xərçəng onkoloji xəstəlikdən əziyyət çəkdiyini öyrənmişdik, lakin xərçəngin hansı növündən əziyyət çəkməsi haqda məlumatımız olmayıb"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 8 noyabr — Sputnik. Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova Bakının Yasamal rayonunda, “Qurd Qapısı” qəbirstanlığında dəfn olunacaq. 

Amaliya Pənahova - Sputnik Azərbaycan
HADİSƏ
Xalq artisti Amaliya Pənahova vəfat edib

Bu barədə Sputnik Azərbyacan-a Bakı Bələdiyyə Teatrının aktyoru Tural Baxşı məlumat verib. Onun sözlərinə görə, aktrisa həyat yoldaşı Yusif Muxtarovun yanında torpağa tapşırılacaq.

T.Baxış Xalq artistinin barəsində əksəriyyətin bilmədiyi faktlar da açıqlayıb. Bildirib ki, Amaliya Pənahova xərçəng xəstəliyinə görə xarici ölkədə də müalicə alıb.

Aktyor Amaliya Pənahova haqqında daha sonra bunları deyib: “İki il idi ki, onun xərçəng onkoloji xəstəlikdən əziyyət çəkdiyini öyrənmişdik. Lakin xərçəngin hansı növündən əziyyət çəkməsi haqda məlumatımız olmayıb. Çünki ailəsi bu məlumatların yayılmasını istəmirdi, ona görə də belə informasiyalar gizlin saxlanılırdı. Sadəcə onu bilirik ki, xəstəliyi ilə əlaqədar müalicə üçün tez-tez xaricə gedirdi”.

T.Baxış əlavə edib ki, aktrisanın xaricdə yaşayan oğluna da anasının vəfatı haqda məlumat verilib: “Hazırda aktrisanın qızı Bakıdadır. Xaricdə yaşayan oğlunun isə gəlişi gözlənilir”.

Aktyorun sözlərinə görə, direktoru olduğu Bakı Bələdiyyə Teatrındakı tamaşanın premyerasına qatıla bilməməsi aktrisanı son ayda ən çox üzən hadisə olub: “Premyera zamanı zəng edib, təqdimatda iştirak etmədiyi üçün çox üzüldüyünü bildirmişdi. Çox kövrəlmişdi. Deyirdi, teatr qurulandan bu günə ilk dəfədir ki, təqdimat mərasimində iştirak edə bilmir. Həmin vaxt kimyaterapiya qəbul etdiyi üçün təqdimatda iştirak edə bilməmişdi”.

Tural Baxış Xalq artistinin harada dəfn olunacağı ilə bağlı isə hələ ki, bir qərarın verilmədiyini bildirib. 

Амалия Панахова c внуком - Sputnik Azərbaycan
HADİSƏ
Amaliya Pənahovanın hansı şəraitdə və nədən dünyasını dəyişdiyi məlum oldu

Sputnik Azərbaycan-a danışan Xalq artistinin sənət yoldaşları da onun vəfat xəbərindən sarsılıb. Xalq artisti Rasim Balayevə açıqlamasında, müxtəlif rollarda tərəf müqabili olan Amaliya Pənahovanın ölümündən sarsıldığını deyib: “Hazırda Türkiyədə müalicə alıram. Bir müddətdir ki, Ankarada müalicə olunduğum üçün bəzi hadisələrdən xəbərsiz oluram. Xəbəri sizdən eşitdim, üzüldüm”.

Bəstəkar Faiq Sücəddinov da üzüntüsünü bölüşüb: “Bu yaxınlarda telekanalların birinin qonağı olmuşdu. Hər zamankı kimi o zaman da gülərüz idi.  Bu xanımda böyük ruh yüksəkliyi vardı. Heyif”.

Bəstəkar aktrisanın xəstəliyindən xəbərsiz olduğunu da söyləyib: “O, xərçəng idi? Heç zaman onun xərçəng olduğunu eşitməmişəm. Sadəcə, bu xəbərə çox üzülürəm”.

Xalq artisti Flora Kərimovanın reaksiyası isə belə olub: “Bu xəbərə çox üzüldüm. Ölüm onu tez apardı. 1945-ci il təvəllüdlü idi. Nə yaşı vardı ki?!"

Aktrisanın ölümü ilə bağlı millət vəkili Aydın Mirzəzadə də üzüntüsünü dilə gətirib: “Xalq artistimiz Amaliya xanım Pənahovanın dünyasını dəyişməsinə çox üzüldüm. Onu şəxsən tanıyırdım. Böyük sənətkar, gözəl insan idi. Allah rəhmət eləsin”.

Xəbər lenti
0