“ABŞ-ın sanksiyalar siyasəti dünya ölkələrinin iqtisadiyyatına zərbə vrumaq xarakteri daşıyır”. Bunu ABŞ-ın İrana qarşı sanksiyalarının təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Professor bildirib ki, bu sanksiyalar dünya iqtisadiyyatına da ciddi təsir göstərəcək: “Düşünmürəm ki, bu sanksiyalardan İranın nüvə proqramı və dünya gündəmində məslələrlə bağlı mövqeyində ciddi dəyişiklik olsun. Çünki İran regional baxımdan geniş imkanlara malikdir. İrana qarşı sanksiyalar neft qiymətlərinə təsir edəcək. Bununla belə sanksiyalar İran ixracatçıları üçün böyük imkanlar açacaq. İran üçün digər bazarlara çıxaraq ixrac imkanlarının artırılmasına ehtiyyac olacaq”.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi neft satışı ilə bağlı sanksiyalar noyabrın 3-dən qüvvəyə minib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz