Səudiyyə Ərəbistanında daha bir jurnalisti işgəncə ilə öldürdülər

© AP Photo / Emrah GurelSəudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər
Səudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist Əl-Jasser Camal Qaşıqçının öldürülməsindən 1 ay sonra həbsxanada qətlə yetirilib

BAKI, 7 noyabr — Sputnik. Turki Bin Abdul Əziz Əl-Jasser Səudiyyə Ərəbistanında işgəncələrə məruz qalıb və öldürülüb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "New Khaleej" nəşri hüquq müdafiəçilərinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, jurnalist Əl-Jasser Camal Qaşıqçının öldürülməsindən 1 ay sonra həbsxanada qətlə yetirilib.

Qeyd edək ki, Əl-Jasser 2017-ci ildə "Twitter"-də "Kashkool" hesabını gizli idarə etdiyinə görə həbs olunub. "Kashkool" hesabında kral ailəsinin üzvləri və rəhbər şəxslərin insan haqlarını pozmasına dair məlumatlar paylaşılıb. Onu "Twitter"-in Dubay ofisində olan səudiyyə casusları ifşa ediblər. Mənbələrin məlumatına görə, casuslar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin müşaviri Saud əl-Kahtani ilə əlaqəli olub. Kahtani Qaşıqçının Səudiyyə Ərəbistanın Konsulluğunda öldürülməsi ilə bağlı araşdırma ilə əlaqədar istefaya göndərilib.

© Middle East MonitorTurki Bin Abdul Əziz Əl-Jasser
Səudiyyə Ərəbistanında daha bir jurnalisti işgəncə ilə öldürdülər - Sputnik Azərbaycan
Turki Bin Abdul Əziz Əl-Jasser

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0