CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn il əmək haqları artırılacaq

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması da nəzərdə tutulub

BAKI, 7 noyabr - Sputnik. "Cari ildə Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılmasına qərar verilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin büdcə müzakirəsi zamanı çıxış edərkən deyib: "Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb".

Nazir onu da qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub.

Xəbər lenti
0