Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət Gömrük Komitəsindən sərt açıqlama: Zavallı bəylər və xanımlar

© Sputnik / Murad OrujovЗдание Государственного Таможенного Комитета в Баку
Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
DGK: Ağına-bozuna baxmadan söyüb təhqir etdiyiniz həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil

BAKI, 7 noyabr — Sputnik. "Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində, guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini-vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb. 4 məkanda qeydə alınan videolardan 3-də sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil".

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrüklə bağlı anlaşılmazlıqlara son qoyacaq izahat: Kiməsə güzəşt nəzərdə tutulmayıb

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, ikinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub: "4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur".

"1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə qeydə alınmayıb. Belə ki, videodakı gömrük əməkdaşı, sadəcə "gəlir, maşın gəlir" sözlərini işlədir. Görəsən, "gəlir, maşın gəlir" sözlərində rüşvətə dair hansı eyham və ya mülki vətəndaşı təhqiredici, alçaldıcı ifadələr var?" - deyə DGK bildirir.

"24 saatını, ömrünü, gününü Azərbaycan dövlətinin, onun strateji qurumlarının ləkələnməsinə həsr edən, dövlətçiliyimizə qarşı daim düşmən mövqedə dayanan, dövlət, xalq olaraq hər uğurumuzun arxasında bir əmma axtaranları, hardasa başa düşmək mümkündür. Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara sədaqətlərini ortaya qoymalıdırlar. Lakin ölkənin bəzi aparıcı media qurumları da daxil olmaqla, səhərdən axşama vətənpərvərlikdən, dövlətçilikdən dərs keçən media qurumları, onların rəhbərləri və ya aidiyyatı əməkdaşları hər hansı dəlil olmadan strateji dövlət qurumlarından birininin fəaliyyətinə kölgə düşürən məlumatı qarşı tərəfin rəyini belə, öyrənməyə ehtiyac duymadan hansı səbəb və ya məntiqlə yayımladılar? Üstəlik də birbaşa dövlətimizin, onun rəhbərliyinin əleyhinə daxildə və xaricdə qarayaxma kampaniyası aparanların loqosuna istinadən" - Komitənin məlumatında əlavə olunur.

Qurum bunları diqqətə çatdırır: "Əslində, o qədər də təəccüblənmirik. Gündə bir ağa dəyişdirən, ali hiss və duyğulardan məhrum qalan, şəxsi mənafe üçün hər yola gedən zavallılardan, ən əsası isə gömrük orqanlarının xüsusi geyim formasını tanımadığı halda, bu qurum və onun əməkdaşları haqqında "xüsusi yazılar" hazırlayanlardan bundan başqa nə gözləmək olar?"

Məlumatda xüsusi olaraq həmin şəxslərə müraciət edilir: "Zavallı bəylər və xanımlar, kadrlarda dediklərindən qəzəbləndiyiniz, qeyrət damarlarınızın qalxdığı, "vətənpərvərlik" hisslərinizin coşduğu, ağına-bozuna baxmadan söyüb təhqir etdiyiniz həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil. Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Şahidi olduğunuz belə faktlar varsa da, xahiş olunur, bununla bağlı dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət edəsiniz".

Xəbər lenti
0