Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyəcan siqnalı: Burnumuzun dibində ekoloji fəlakət baş verir

CC0 / VIVIANE6276 / fireПепел, фото из архива
Пепел, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərə plastik butılkaların və digər tullantıların zəhərli tüstüsü yayılır

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Bakının Yasamal rayonunda Qanlıgölün ətrafı qanunsuz zibilliyə çevrilib. Sputnik Azərbaycan-ın məlumatına görə, həmin mənzərə son bir neçə ildir müşahidə edilməkdədir.

Padar kəndi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayon camaatı zibilə düşüb: Nə evə girə bilirlər, nə çölə çıxa

Qeyd edək ki, sözügedən göl Bakının Yasamal rayonunda, Yasamal qəbiristanlığının yanındakı dairəvi yolun yaxınlığında yerləşir. Bu yerə nadir hallarda insan ayağı dəyir və ora gözdən uzaqdadır. Eyni zamanda, gölün həmin hissəsi hündür hasarla əhatələnib.

Bununla belə, şəhərin azca hündür yerindən boylandıqda, həmin ekoloji fəlakətin fərqinə varmaq mümkündür. Buradakı zibillərin bir hissəsindən xilas olmaq üçün kimlərsə zaman-zaman tullantıları yandırırlar. Nəticədə küləyin istiqamətindən asılı olaraq şəhərə plastik butılkaların və digər tullantıların zəhərli tüstüsü yayılır.

Qeyd edək ki, bu, Qanlıgöl gölünün ətrafının çirkləndirilməsi ilə bağlı ilk hal deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları vaxtaşırı bu ərazidə reyd keçirirlər. Əvvəllər dəfələrlə yük avtomobillərinin ağır inşaat tullantılarını birbaşa gölün sahilinə tökdüyü müəyyən edilib. Bunun nəticəsi olaraq, hətta bir neçə adam cərimələnib. Onlara ərazinin zibildən təmizlənməsi ilə bağlı təlimat verilib.

© © Google MapsYanğın baş verən ərazi
Həyəcan siqnalı: Burnumuzun dibində ekoloji fəlakət baş verir - Sputnik Azərbaycan
Yanğın baş verən ərazi

Lakin baş verənlər göstərir ki, hətta cərimələr belə, sözügedən ərazidə zibillərin günü-gündən üst-üstə qalaqlanmasının qarşısını almağa kömək etmir. Nəzərə çarpan digər məqam isə, bütün bunların praktiki olaraq müvafiq Nazirliyin burnunun dibində baş verməsidir.

Əlavə edək ki, həmin zibillik peyk vasitəsilə aparılan çəkilişlər nəticəsində əldə edilən görüntülərdə də çox aydın görünür.

Hələ gölün kim tərəfindən zibilxanaya döndərildiyi sirr olaraq qalır. Axı Bakıdakı məişət tullantıları adətən "Təmiz şəhər" ASC-nin Balaxanıdakı zavodunda utilizə olunur.

Məsələ ilə əlaqədar ETSN-dən Sputnik Azərbaycan-a bildirilib ki, gölün yanındakı zibilin yandırılması ilə əlaqədar edilən şikayətlər araşdırılır və əraziyə mütəxəssis qrupu göndərilib: "Hazırda həmin ərazidə araşdırma aparılır və tədqiqatın nəticələri ilə bağlı müvafiq məlumatlar veriləcək".

Xəbər lenti
0