BAKI, 6 noyabr — Sputnik. İtaliya baş nazirinin müavini və Daxili İşlər naziri Matteo Salvinin sevgilisi Elisa İsoardi ayrıldıqlarını Instagramda səmimi bir şəkil paylaşaraq elan edib.
Sputnik Türkiyə xəbər verir ki, son günlər nazirlə sevgilisinin ayrıldıqları barədə söz-söhbət gəzirmiş. Bu gün isə İsoardi bunu Instagram paylaşımı ilə təsdiqləyib.
Посмотреть эту публикацию в Instagram
Qadın "aramızda yaşanan həqiqi sevgiyə hörmətlə. Təşəkkürlər Matteo" yazaraq birlikdə yaşadıqları günlərdə çəkilmiş fotonu paylaşıb.
Fotonun altında İsoardinin təqibçiləri müxtəlif şərhlər yazıb. Bəziləri bu ayrılıqdan narahat olduqlarını, bəziləri isə bir nazir üçün belə münasibət yaşamağın işlədiyi quruma hörmətsizlik olduğunu qeyd edib.