Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda 77 yaşlı qadın evində yanaraq ölüb

Abunə olmaq
Onun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib

BAKI, 6 noyabr — Sputnik. Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğının kəşfiyyatı zamanı, 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0