CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Neftdən gələn gəlirləri daha faydalı işlərə sərf etmək lazımdır"

Abunə olmaq
Deputat: Heydər Əliyev Fondu yığcam aparatla böyük aparatı olan nazirliklərdən daha səmərəli işləyir

BAKI, 6 noyabr — Sputnik. Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu gün parlamentdə keçirilən Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı təhsil sahəsində ciddi islahatların həyata keçirlməsinin zəruriliyindən danışıb.

"Təhsil sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir. Universitetlərin özəlləşdirilməsi, mövcud universitetlərin genişləndirilməsi istiqamətində işlər aparılmalıdır. Belə olan təqdirdə onlar geniş maliyyə vəsaitləri ilə özlərini təmin edə bilərlər" – deyə Mollazadə bildirib.

Deputat həmçinin qeyd edib ki, dünyanın heç bir ölkəsində kinematoqrafiya sahəsinə dövlət büdcəsindən vəsait ayrılmır. Ancaq müvafiq iş adamının daha böyük həcmdə verdiyi maddi dəstəklə ölkəmizdə gözəl kinolar çəkilə bilər. 

Milli Məclis - Sputnik Azərbaycan
Milli Məclis üzvündən sensasion təklif

Millət vəkili iş adamlarının vergi güzəştləri vasitəsilə təhsil və mədəniyyət sahəsinə dəstək üçün təşviq edilməsinin vacib olduğunu deyib.

Asim Mollazadə Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da, Avropanın bir sıra ölkələrində bir sıra uğurlu layihələrin həyata keçirildiyini xatırladıb.

"Heydər Əliyev Fondu çox yığcam aparata malik olan qurumdur. Bu qurum Azərbaycan təhsilinin, mədəniyyətinin inkişafı üçün bizim böyük aparata malik olan nazirliklərimizdən daha faydalı, səmərəli işlər görür" – Mollazadə deyib.

Millət vəkili məmurların, dövlət qurumlarının sayını azaltmaqla maliyyə vəsaitlərinə edilən qənaətə daha səmərəli işlər görməyin mümkün olduğunu vurğulayıb:

"Biz məmurların, müvafiq qurumların sayını azaltmaqla daha çox vəsait əldə edə bilərik. Azərbaycan xalqı ona görə tarixən islam və türk dünyasının lideri olub ki, bizə Tanrı tərəfindən neft verilib. Biz neftdən gələn gəlirlər sayəsində ötən əsrin əvvəllərində mədəniyyətimizi, təhsilimizi inkişaf etdirə bilmişik. İndi də ölkəmizdə neft var. Ancaq biz ondan gələn gəlirləri səmərəli şəkildə xərcləməliyik".

Xəbər lenti
0