Müdafiə Nazirliyi: Ermənistanla əlaqə yaradan şəxs bizim əməkdaşımız deyil

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib"

BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Düşənbədəki danışıqlara əsasən (İlham Əliyev ilə Nikol Paşinyanın görüşü nəzərdə tutulur — red.) cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: "Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonoyan bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb. Tonoyan qeyd edib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb. Lakin müvafiq vəzifəli şəxslər var və onlar məlumatları çatdırır. Rabitə ikitərəfli rejimdə fəaliyyət göstərir.

Xəbər lenti
0